Bizi izləyin:
Heydər Əliyev
ÜST-dən Bonn School 2026 Təlim Proqramı

ÜST-dən Bonn School 2026 Təlim Proqramı

Almaniyanın Bonn şəhərində yerləşən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ətraf Mühit və Sağlamlıq Mərkəzi, Böyük Britaniyanın Exeter Universitetində fəaliyyət göstərən Təbii Mühit və Sağlamlıq üzrə ÜST Əməkdaşlıq Mərkəzi ilə birgə 2026-cı ilin iyun ayında Bonn School təlimlər silsiləsini təşkil edəcək.

Üç həftə ərzində keçiriləcək bu təlimlər çərçivəsində təbiət, biomüxtəliflik, sağlamlıq və rifah sahələrində ən son elmi biliklər və təcrübələr iştirakçılarla paylaşılacaq. Təlimlər beynəlxalq səviyyəli ekspertlər tərəfindən ingilis dilində aparılacaq.

Sessiyalar aşağıdakı tarixlərdə (14:00–15:30, Bakı vaxtı) keçiriləcək:

* 9 iyun – Təbiət və sağlamlıq üzrə siyasət çərçivələri

* 10 iyun – Təbiət və sağlamlıq üzrə əsas anlayışlar və yanaşmalar

* 15 iyun – Təbiətə əsaslanan həllər və sağlamlıq

* 16 iyun – Biomüxtəliflik və insan sağlamlığı

* 17 iyun – Təbiətin sağlamlığa təsir mexanizmləri və faydaları

* 23 iyun – Davranış yanaşmaları və vətəndaş iştirakçılığı

* 24 iyun – Təbiətin qiymətləndirilməsi

Qeyd edək ki, tədbir 2026-cı il BMT Biomüxtəliflik Konfransı (CBD COP17) öncəsi aktual mövzuları əhatə edir və bu sahədə fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və qərarvericilər üçün faydalı olacaq.

Tədbirdə iştirak etmək istəyən əməkdaşların aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur:

https://who.zoom.us/webinar/register/WN_SDN5_lYuRCi4KYEAfYaWCg

Qeydiyyat tamamlandıqdan sonra qeydiyyatın təsdiqini əks etdirən məktubun və ya ekran görüntüsünün [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

İştirak etmək istəyən əməkdaşlardan 6 iyun 2026-cı il tarixinədək qeydiyyatdan keçərək bu barədə Beynəlxalq Əlaqələr Şöbəsinə məlumat vermələri rica olunur.

 

Beynəlxalq Əlaqələr Şöbəsi

Paylaş

Dostlarınız ilə paylaşın.