Bizi izləyin:
Heydər Əliyev
 ATU-nun dosenti Fuad İslamzadə Prezident tərəfindən ordenlə təltif olunub

 ATU-nun dosenti Fuad İslamzadə Prezident tərəfindən ordenlə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilən şəxslər arasında Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının dosenti, “Azərbaycan Tibb” jurnalının baş redaktor müavini Fuad İslamzadə də yer alıb.
    Prezidentin müvafiq sərəncamına əsasən, Fuad İslamzadə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
    Fuad İslamzadə yarım əsrə yaxın müddətdə səhiyyə və tibb elmi sahəsində fəaliyyət göstərərək elmi tədqiqatların inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına və ali tibb təhsilinin təkmilləşdirilməsinə mühüm töhfələr verib. Onun elmi-pedaqoji fəaliyyəti həm universitet, həm də ölkənin səhiyyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Paylaş

Dostlarınız ilə paylaşın.