Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşlarının xarici alimlərlə birgə aparılan tədqiqat işləri “Scopus” və “Web of Science” bazalarında yer alıb

ATU əməkdaşlarının xarici alimlərlə birgə aparılan tədqiqat işləri “Scopus” və “Web of Science” bazalarında yer alıb

    ATU əməkdaşlarının həm yerli, həm də xarici ölkələrin alimləri ilə birgə yerinə yetirdikləri tədqiqat işlərinin nəticələri “Scopus” və “Web of Science” bazalarında indekslənən “BioNanoScience”, “Veterinary Medicine International”, “Frontiers in Chemistry” adlı jurnallarda çap olunub.

    Belə ki, universitetin Sitologiya, embriologiya və histologiya kafedrası və Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsində ölkənin müxtəlif ərazilərindən əldə olunan termofil bakteriyalara stress şəraitində Fe₃O₄ nanohissəciklərinin biomineralizasiyası, sahib orqanizminə ciddi zərər verən parazit qurdlara qarşı dəmir nanohissəciklərinin antihelmint xüsusiyyətləri, nano-silikon hissəcikləri və çoxqatlı karbon nanoboruları ilə doldurulmuş yüksək təsirli polistirol nanokompozitlərinin struktur xüsusiyyətlərinin araşdırılması ilə elmi işlər aparılıb.

   Yüksək impakt faktorlu jurnallarda dərc edilən məqalələrin hər üçündə ATU-dan prof. Eldar Qasımov və dosent Fuad Rzayev, ayrı-ayrı məqalələrdə isə R.Allahverdiyev, M.Babayeva, T.Huseynova, S.Allahverdiyeva, S.İsrafilova, N.Quliyeva, M.Seyidbəyli həmmüəllif olublar.    

   Sözügedən tədqiqatlarda ATU ilə yanaşı, həm yerli (BDU, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Sumqayıt Dövlət Universiteti, Fizika İnstitutu), həm də xarici universitetlərin (Kent Dövlət Universiteti (ABŞ), Ege Universiteti (Türkiyə), Tokat Gaziosmanpaşa Universiteti (Türkiyə), Nüvə Fizikası Milli İnstitutu (Italiya), Loya Texniki Universitet (Ekvador), Mianvali Universiteti (Pakistan), Kral Səud Universiteti (Səudiyyə Ərabistanı), Yeungnam Universiteti (Koreya Respublikası)) görkəmli alimləri də iştirak ediblər.

Paylaş

Dostlarınız ilə paylaşın.