Bizi izləyin:
Heydər Əliyev
ATU doktorantlarının nəzərinə!

ATU doktorantlarının nəzərinə!

Azərbaycan Tibb Universiteti və Ondokuz Mayıs Universiteti (Samsun, Türkiyə) arasında imzalanmış Erasmus+ KA171 ikili müqavilə çərçivəsində 2026/2027-ci tədris ili üzrə doktorantlar üçün qısamüddətli təcrübə (traineeship) mobilliyi elan edilir.

Müraciət üçün tələb olunan sənədlər:
    CV (İngilis dilində, Europass formatı tövsiyə olunur)
    Motivasiya məktubu
    Doktorant statusunu təsdiq edən arayış
    İngilis dili sertifikatı (minimum B2 səviyyəsi)
    Elmi rəhbərin tövsiyə məktubu
    Müraciət formu (qoşmada təqdim olunur)
    Pasportun surəti


Proqram haqqında məlumat:
İxtisas sahələri:
Kardiologiya – 4 nəfər
Ümumi cərrahiyyə – 4 nəfər
Müddət: 20 gün
Təqaüd: 1.717 Avro (səyahət xərcləri daxil olmaqla)
Qəbul edən universitet: Ondokuz Mayıs Universiteti (Samsun, Türkiyə)
Davamiyyət: Proqramın tam müddətində iştirak məcburidir.
Sertifikat: Proqramı uğurla tamamlayan iştirakçılara qəbul edən universitet tərəfindən sertifikat təqdim olunacaqdır.


Müraciət qaydası:
Mübadilə proqramında iştirak etmək istəyən doktorantlar tələb olunan sənədləri 3 iyul 2026-cı il tarixinədək Azərbaycan Tibb Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Hörmətlə,
Azərbaycan Tibb Universiteti
Beynəlxalq Əlaqələr Şöbəsi

Paylaş

Dostlarınız ilə paylaşın.