.jpg)
SOCAR-ın təşəbbüsü və təşkilatçılığı ilə “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsinə start verilir.
Müsabiqənin məqsədi smart urbanizasiya, ağıllı şəhər sistemləri, dayanıqlı urban inkişaf və texnologiya əsaslı innovativ ideyaların formalaşdırılmasına və inkişafına şərait yaratmaqdır.
Bu təşəbbüslə SOCAR enerji və sənaye infrastrukturu sahəsindəki rolunu, eləcə də ekoloji məsuliyyət, dayanıqlı inkişaf və texnologiya əsaslı idarəetmə yanaşmalarının artan əhəmiyyətini nəzərə alaraq, bu müsabiqə vasitəsilə şəhər mühitində mövcud çağırışlara uyğun olaraq innovativ həllərin hazırlanmasını təşviq edir.
Enerji, ekologiya, su, infrastruktur və şəhər sistemləri ilə bağlı mövzuları əhatə edən müsabiqə iştirakçılara real urban və sənaye-şəhər çağırışlarına sistemli yanaşmaq, texnologiya əsaslı həll konseptləri hazırlamaq və bu ideyaları mentor dəstəyi ilə inkişaf etdirmək imkanı yaradacaq.
Seçilmiş komandalar 6 həftəlik strukturlaşdırılmış proqramda iştirak edəcəklər. Proqram müddətində iştirakçılar mentorlarla işləyəcək, problemin mahiyyətini təhlil edəcək, həll konseptini formalaşdıracaq, texniki, əməliyyat və təşkilati tətbiq imkanlarını qiymətləndirəcək və final təqdimat üçün layihə istiqamətini hazırlayacaqlar.
Müsabiqə aşağıdakı tematik istiqamətləri əhatə edir:
Proqramın sonunda komandalar öz layihə konseptlərini “Demo Day” çərçivəsində təqdim edəcəklər. Təqdimatlar problemin aktuallığı, həllin keyfiyyəti, tətbiq edilə bilmə potensialı, innovasiya və dəyər yaratma imkanı, həmçinin layihənin proqram müddətində inkişaf səviyyəsi əsasında qiymətləndiriləcək.
Kimlər müraciət edə bilər?
Müsabiqədə tələbələr, gənc mütəxəssislər, tədqiqatçılar, startap və innovasiya komandaları, eləcə də şəhərsalma, mühəndislik, ekologiya, enerji, rəqəmsal texnologiyalar, data analitikası, dayanıqlı inkişaf və urban sistemlər sahələrinə marağı olan multidissiplinar komandalar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarına aşağıdakı imkanlar təqdim olunacaq:
Müraciət qaydası
Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıdakı link vasitəsilə müraciət formasını doldurmalıdırlar.
Müraciət linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfyZkFCqyjwL-LxZor3e2wrt5ZA2FWzLAFWqrhERhQvS0Vpwg/viewform?usp=header
Son müraciət tarixi: 26.06.2026
Əlavə məlumat üçün: [[email protected] / əlaqə nömrəsi: +994 50 841 54 74]