Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura təhsilində gözlənilən yeniliklər “Sağlam Radio”da müzakirə olunub

Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura təhsilində gözlənilən yeniliklər “Sağlam Radio”da müzakirə olunub

   Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinin müdiri İlhamə Mustafayeva “Sağlam Radio”da yayımlanan "Sağlam Həyat" verilişinin qonağı olub.

Verilişdə  “Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura təhsilində yeniliklər” mövzusunda çıxış edən İlhamə Mustafayeva gələcəyin həkimlərinin və tibb mütəxəssislərinin yetişdirilməsində tətbiq olunan standartlar, rezidentura və magistratura proqramlarındakı əsas yeniliklər, praktiki təlim imkanları və beynəlxalq əməkdaşlıq haqda ətraflı məlumat verib.

Sağlam Radio (93 FM) —Səhiyyə Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən, əhalinin maarifləndirilməsinə və sağlam həyat tərzinin təbliğinə həsr olunmuş ixtisaslaşmış radio kanaldır.

Tibbi maarifləndirmə, operativ xəbərlər təqdim edən radioda yayımlanan veriliş və müsahibələri 93.0 FM tezliyində dinləmək, “Sağlam Radio Instagram” səhifəsi, həmçinin “Saglam Radio 93fm” yutub kanalında izləmək mümkündür.

 

Paylaş

Dostlarınız ilə paylaşın.