

Azərbaycan Tibb Universitetində (ATU) 2025-2026-cı tədris ili üzrə dövlət buraxılış imtahanları davam edir.
Növbəti yekun qiymətləndirmə imtahanı I Müalicə-profilaktika fakültəsinin sonuncu – VI kurs tələbələri üçün “Mamalıq və ginekologiya” ixtisası üzrə təşkil olunub.
İmtahanlarda fakültənin dekanı, dosent Elşad Novruzov, dekan müavini Nigar Mikayılova, I Mamalıq və ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva da iştirak edib.
I Müalicə-profilaktika fakültəsi üzrə imtahanlar iyulun 2-də başa çatacaq.
