Heydər Əliyev
Tələbələrin nəzərinə!

Tələbələrin nəzərinə!

Dokuz Eylül Universitetində keçiriləcək 3 həftəlik (24 avqust-11 sentyabr) yay staj proqramına tələbə qəbulu elan olunur.

🔹 Keçirilmə yeri: İzmir, Türkiyə

🔹 İstiqamətlər:

Tibb fakültəsi (20 nəfər):

🔹 Tələblər:

• Akademik transkript (Minimum 90+ GPA)

• Fakültə dekanından tövsiyə məktubu

• III tədris ilini müvəffəqiyyətlə tamamlamış olmaq

• Tam doldurulmuş tələbə müraciət formu (qoşmada əlavə olunur).

* Səyahət tibbi sığortası

* Fərdi qəza sığortası (minimum sığorta məbləği: 30.000 avro)

* Üçüncü şəxslər qarşısında məsuliyyət sığortası (minimum sığorta məbləği: 5.000 avro)

* Dil biliyini təsdiq edən sənəd (aşağıdakılardan ən azı biri):

    * Türk dili: ən azı A2 səviyyəsi

    * İngilis dili: ən azı B1 səviyyəsi

* Tələbə vəsiqəsinin surəti

* Pasportun surəti

* Fakültədən verilmiş tələbəlik haqqında rəsmi arayış (Certificate of Enrollment)

🔹 Şərtlər:

Proqram ödənişsizdir.

Nəqliyyat, yaşayış və qidalanma xərcləri tələbə tərəfindən qarşılanır.

📅 Son müraciət tarixi: 20 iyul

❗ Göstərilən tarixdən sonra müraciətlər qəbul edilmir.

📩 Müraciət qaydası:

Tələbələr müraciət formasını dolduraraq transkriptlə birlikdə [email protected] ünvanına göndərməlidirlər.

 

Paylaş

Dostlarınız ilə paylaşın.