

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Ofisi tərəfindən 10 iyul tarixində “Davamlı Peşəkar İnkişaf Sistemlərinin Gücləndirilməsi: Pasiyentlər və səhiyyə mütəxəssisləri üçün keyfiyyətin və ehtiyaclara uyğunluğun təmin edilməsi” mövzusunda onlayn seminar keçiriləcək.
Seminar ingilis dilində təşkil olunacaq və Azərbaycan dilinə sinxron tərcümə təmin ediləcək. İştirakçı sayı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmur.
Qeydiyyat:
Seminarda iştirak etmək istəyən əməkdaşlar ad, soyad, kafedra, vəzifə və əlaqə (e-mail, telefon nömrəsi) məlumatlarını qeyd etməklə 9 iyul saat 17.00 -a qədər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Əlavə məlumat və Zoom bağlantısı üçün seminarın gündəliyi (agenda) qoşmada təqdim olunur.
