Heydər Əliyev
Azərbaycan Tibb Universitetinin "Ən yaxşı müəllim"ləri

Azərbaycan Tibb Universitetinin "Ən yaxşı müəllim"ləri

    Azərbaycan Tibb Universitetinin (ATU) 2026-cı il məzunları arasında "Ən yaxşı müəllim" nominasiyası üzrə sorğu keçirilib və bütün fakültələr üzrə sorğunun nəticələri “Məzun Günü”ndə açıqlanıb.

    Beləliklə, I Müalicə-profilaktika fakültəsi üzrə I Cərrahi xəstəliklər kafedrsının assistenti Elman Əzimov, II Müalicə-profilaktika fakültəsi üzrə Təcili tibb kafedrasının assistenti Günel Sadıqova, Hərbi tibb fakültəsi üzrə tədris şöbə rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov bu ada layiq görülüb.

   Bundan əlavə, Stomatologiya fakültəsi üzrə Ortopedik Stomatologiya kafedrasının assistenti Elmar Babayev, İctimai səhiyyə fakültəsi üzrə Fizioterapiya və tibbi reablitasiya kafedrasının dosenti Təranə Musayeva, Əczaçılıq fakültəsi üzrə isə Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti Sevil Mehralıyeva tələbələr arasında böyük rəğbət görərək, ilin "Ən yaxşı müəllim"i seçiliblər.

   ATU-nun ən yaxşıları sırasında yer alan müəllimlərə “Məzun Günü”ndə hər fakültənin dekanı tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.