Heydər Əliyev
Açıq dişləm anomaliyası ilə bağlı müzakirə aparılıb

Açıq dişləm anomaliyası ilə bağlı müzakirə aparılıb

Bakıda ortodontiya sahəsinə həsr olunmuş “Bakı Ortodontiya Günləri-1” adlı elmi-praktik seminar təşkil olunub. Seminar açıq dişləm anomaliyası ilə bağlı müasir ortodontik yanaşmaları təqdim etmək, yeni texnologiyalar və klinik protokollar barədə mütəxəssisləri məlumatlandırmaq, eyni zamanda bu sahədə praktiki bilik və bacarıqların artırılmasına töhfə vermək məqsədi daşıyıb.
Azərbaycan Tibb Universitetinin Ortodontiya kafedrasının dosenti, tibb elmləri doktoru Zaur Novruzov və tibb üzrə fəlsəfə doktoru Süleyman Xəlil tədbirdə məruzə ilə çıxış ediblər.
Seminarda açıq dişləm anomaliyasının diaqnostikası, ortodontik müalicənin planlaşdırılması, breket və elayner sistemlərinin tətbiqi, müasir biomexanika prinsipləri, eləcə də müalicə zamanı rast gəlinən mürəkkəb klinik halların idarə olunması kimi mövzular geniş müzakirə edilib. Həmçinin peşəkar inkişaf və təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma olan “Bakı Ortodontiya Günləri-1”-də real klinik nümunələr üzərində fikir mübadiləsi aparılıb və müasir metodların tətbiq mexanizmləri öyrənilib.

Paylaş

Dostlarınız ilə paylaşın.