Heydər Əliyev
ATU əməkdaşı “Küləyə qalib gəl” marafonunu uğurla tamamlayıb

ATU əməkdaşı “Küləyə qalib gəl” marafonunu uğurla tamamlayıb

Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının əməkdaşı, assistent Əsmər Mədətli Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Küləyə qalib gəl” illik marafonunu uğurla tamamlayıb.
Bu il ilk dəfə 42 km tam marafon məsafəsi təşkil olunan yarışda 18 mindən çox iştirakçı start götürüb. Bu məsafəni yalnız 1500-ə yaxın nəfər finişə çatdıra bilib ki, onlar arasında cəmi 184 qadın olub. ATU-nun əməkdaşı da məhz onlardan biridir.

Paylaş

Dostlarınız ilə paylaşın.