Heydər Əliyev
ATU nümayəndələri Türkiyədə keçirilən I Dağınıq Skleroz Konqresində iştirak ediblər

ATU nümayəndələri Türkiyədə keçirilən I Dağınıq Skleroz Konqresində iştirak ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Türkiyənin İstanbul şəhərində keçirilən I Dağınıq Skleroz Konqresində iştirak edib. Türk Nöroloji Dərnəyinin təşkilatçılığı və professor Murat Terzinin rəhbərliyi ilə keçirilən I Dağınıq Skleroz Konqresində ATU-nu Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəylinin rəhbərliyi altında fəaliyyət göstərən Dağınıq Skleroz İşçi Qrupu (dosent Şəhla Mehtiyeva, assistentlər Samirə İsmayilova, Nuridə Tağıyeva, Fatimə Əliyeva) təmsil edib.
Konqres çərçivəsində həkimlərimiz tərəfindən həyata keçirilən elmi-praktik tədqiqatların nəticələrini əks etdirən məruzələr təqdim olunub, aparılan araşdırmaların ayrı-ayrı aspektləri beynəlxalq elmi ictimaiyyətlə bölüşülüb.
Tədbir zamanı müxtəlif yaş qruplarında dağınıq skleroz xəstələrinin diaqnostikası və müalicəsinə dair ən son beynəlxalq tövsiyələr, eləcə də müasir terapevtik yanaşmalar müzakirə edilib, bu sahədə əldə olunan yeni elmi nailiyyətlər və klinik təcrübələr iştirakçılar tərəfindən mənimsənilib.

Paylaş

Dostlarınız ilə paylaşın.