Heydər Əliyev
ATU-nun əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

ATU-nun əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev, professor Nadir Hüseynov, professor Sədaqət Hüseynova, dosent Sədaqət Quliyeva Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Tibbi Reabilitasiya elmi tədqiqat və kliniki praktikaya müasir yanaşmalar" adlı beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
Konfrans zamanı professor N.Hüseynov "Azərbaycanda Revmatik xəstəliklərin reabilitasiyasının təşkili", professor S.Hüseynova "İnsultdan sonrakı pozğunluqların reabilitasiyasında beyinin sabit cərəyanla transkranial stimulyasiyası" mövzusunda çıxışları maraqla qarşılanıb. Eyni zamanda kafedra müdiri P.Mehdiyev "İmkanları məhdudiyyətli insanların reabilitasiyasında yeni imkanlar" mövzusunda keçirilən Plenar iclasına moderatorluq edib.

Paylaş

Dostlarınız ilə paylaşın.