Heydər Əliyev
Pankreatoduodenal rezeksiya mövzusunda seminar təşkil olunub

Pankreatoduodenal rezeksiya mövzusunda seminar təşkil olunub

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının təşkilatçılığı və Rezidentura və magistratura şöbəsin dəstəyi ilə "Mən necə edirəm?" layihəsi çərçivəsində Yeni klinikanın direktor müavini Eldar Əhmədov tərəfindən "Mən pankreatoduodenal rezeksiyanı necə edirəm?" adlı vebinar keçirilib.
Tədbir zamanı AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov vebinarın əhəmiyyətini diqqətə çatdırıb. Rezidentlər üzrə məsul şəxs, t.e.d. Elman Əzimov ATU və Yeni klinika arasındakı uğurlu əməkdaşlıqdan danışıb.
Daha sonra E.Əhmədov kliniki hallar və ağırlaşmalar, əməliyyatın texniki tərəfləri haqda ətraflı məlumat verib. İnteraktiv formatda keçirilən vebinar böyük maraqla qarşılanıb.

Paylaş

Dostlarınız ilə paylaşın.