
.webp)
Azərbaycan Tibb Universitetinin (ATU) Ailə təbabəti kafedrasının dosenti Rəhimə Qabulova Sloveniyanın Ljubljana şəhərində keçirilən Avropa Kardiologiya Cəmiyyətinin Preventiv Kardiologiya (ESC EAPC) 2026 Konqresində iştirak edib. ATU əməkdaşı 23-25 aprel tarixlərində baş tutmuş tədbirə moderator və məruzəçi qismində dəvət olunub.
Konqresdə ilk dəfə və yeganə olaraq olaraq, ATU-nun iki nəfər IV kurs tələbəsi ( Hazem AlHaj Ali, Abdul Malek Kteil) də poster məruzəsi ilə iştirak ediblər.
83 ölkədən ümumilikdə 1,466 iştirakçının yer aldığı konqresdə 395 elmi tədqiqat və klinik hallar təqdim edilib.
Konqres çərçivəsində müasir preventiv kardiologiya sahəsində bilik mübadiləsi aparılıb, aktual yanaşmalar müzakirə olunub və yeni konsepsiyalar formalaşdırılıb.
ESC Preventiv Kardiologiya 2026 konqresi müasir tibbin prioritet istiqamətlərindən biri olan ürək-damar xəstəliklərinin profilaktikası sahəsində əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi baxımından mühüm platformadır.
