Heydər Əliyev
ATU-nun Onkoloji Klinikasında rezidentlər üçün növbəti seminar keçirilib

ATU-nun Onkoloji Klinikasında rezidentlər üçün növbəti seminar keçirilib

Azərbaycan Tibb Universitetinin Rezidentura və Magistratura şöbəsi və Onkoloji Klinikasının birgə təşkilatçılığı ilə rezidentlər üçün "Uşaqlıq boynunun xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikası, müasir müalicə üsulları və profilaktikası" və "Yumurtalıq xərçəngi — müasir yanaşma" mövzularına həsr olunan seminar keçirilib.
Seminar zamanı dosent Tamara Quliyeva və Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov qadın cinsiyyət sistemi orqanlarının xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikası və profilaktikasının aktual məsələ olduğunu diqqətə çatdırıblar.
Onkologiya kafedrasının dosenti, onkoginekoloq Samirə Səfərova uşaqlıq boynunun xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikasının əhəmiyyətini vurğulayıb. O, xəstəliyin risk faktorları, skrininq üsulları, HPV və PAP Smer müyinələrinin aparılması ilə əlaqəli və müasir müalicə protokolları barədə danışıb.
Onkologiya kafedrasının doktorantı, baş laborant onkoginekoloq Leyla Əliyeva yumurtalıq xərçənginə müasir yanaşmalar mövzusunda təqdimatla çıxış edib. O, xəstəliyin epidemiologiyası, histoloji təsnifatı, klinik mərhələləri və erkən diaqnostikanın çətinlikləri haqqında ətraflı məlumat verib
Qeyd edək ki, seminarda müxtəlif ixtisaslar üzrə rezidentlər və Onkoloji Klinikanın heyəti iştirak edib.

Paylaş

Dostlarınız ilə paylaşın.