
.webp)
S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin Biostatistika və elmi tədqiqatın əsasları kafedrasının müdiri Ayzat Aymaxanova və tədris işləri üzrə müavini Madina İsmailova akademik mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasında akademik fəaliyyət göstəriblər.
Səfər zamanı qonaq mütəxəssislər tərəfindən mühazirələr təqdim olunub, eyni zamanda kafedranın tədris proqramları ilə bağlı geniş müzakirələr aparılıb. Qonaqlar öz elmi-tədqiqat təcrübələrini bölüşərək qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
Səfərin sonunda Epidemiologiya və biostatistika kafedrası tərəfindən qazaxıstanlı əməkdaşlara sertifikatlar təqdim olunub.
