Heydər Əliyev
Dermatovenerologiya kafedrasında növbəti rezident konfransı keçirilib

Dermatovenerologiya kafedrasında növbəti rezident konfransı keçirilib

Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasında növbəti rezident konfransı keçirilib. Tədbirin sədri, kafedra müdiri Fərid Mahmudov dermatologiyada aktual mövzuların əhəmiyyətindən danışıb.
Konfrans zamanı rezidentlər praktiki əhəmiyyət kəsb edən mövzular üzrə çıxış ediblər. Xüsusilə hamiləlik dövründə rast gəlinən dermatozlar və onların müasir müalicə yanaşmaları, alopesiya və onun patogenezinin müxtəlif aspektləri müzakirə olunub. Bundan əlavə, göbələkvari mikoz və onun müalicəsi, “zərər vermə” prinsipi çərçivəsində klinik qərarların verilməsi diqqətə çatdırılıb.
Tədbirdə III və IV kurs tələbələri də fəal iştirak edərək müzakirələrə qoşulublar.

Paylaş

Dostlarınız ilə paylaşın.