
.webp)
Tokat Gaziosmanpaşa Universitetinin Tibb Fakültəsinin Parazitologiya kafedrasının dosenti Mehmet Aykur akademik mobillik proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində fəaliyyət göstərib.
Səfər müddətində qonaq alim universitetin Yoluxucu xəstəliklər kafedrasında təcrübə keçib, müasir parazitoloji yanaşmalar və yoluxucu xəstəliklərin diaqnostikası sahəsində bilik və təcrübə mübadiləsi aparıb. M.Aykur müəllim və tələbələrlə görüşərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib.
