Heydər Əliyev
ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib

ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib

Azərbaycan Tibb Universitetinin Tibbi və Sağlamlıq Elmləri Təhsili kafedrasının tədris işləri üzrə müdir müavini, baş müəllim Aydan Qədimli “Orhun” mübadilə proqramı çərçivəsində Ege Universitetində akademik fəaliyyət göstərib.
Səfər zamanı əməkdaşımız doktorantura səviyyəsində keçirilən dərslər, simulyasiya əsaslı təlim prosesləri, eləcə də qiymətləndirmə və dəyərləndirmə komissiyalarının fəaliyyətində iştirak edib, bu sahədə tətbiq olunan yeniliklərlə yaxından tanış olub. Eyni zamanda Ege Universitetinin karyera imkanlarına həsr olunan tədbirdə “ATU Tıp Eğitimi Araştırmaları Kapsamında: Tıp Öğrencilerinde DEHB ve Üniversiteye Uyum Süreci” mövzusunda məruzə ilə çıxış edib.
Səfərin sonunda “Eğitici Eğitimi” proqramında uğurla iştirakına görə əməkdaşımız Ege Universitetinin Tibb Təhsil kafedrası tərəfindən sertifikatla təltif olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.