Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının treyninq mərkəzində “Daxili xəstəliklər” və “Mamalıq-ginekologiya” kafedraları üzrə yekun dövlət attestasiyası keçirilib.
İmtahan prosesinin gedişini Tibb Universitetinin tədris işləri üzrə prorektoru Sabir Əliyev, Tədris Cərrahiyyə Klinikasın baş həkimi Asiman Həsənov, I Müalicə-profilaktika fakultəsinin dekanı Abuzər Qazıyev və ATU-nun tədris metodik və innovasiya şöbəsinin müdiri Akif Qurbanov yaxından izləyiblər. Professor Sabir Əliyev tələbələrdən imtahan götürən müəllimlərlə görüşüb, onlara öz tövsiyələrini verib. Qeyd edək ki, bu il ilk dəfə olaraq, Azərbaycan Tibb Universitetində imtahanlar yeni OSKİ metodu ilə keçirilir.
OSKİ – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanı bacarıqların qiymətləndirilməsi üçün tətbiq olunur və digər imtahanlaran fərqlidir.