Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həkim-neonatoloqlarla növbəti seminar keçirildi
Ayda bir dəfə olmaqla müxtəlif klinikaların neonatoloqları ATU-nun Tədris Cərrahiyyə Klinikasında bir araya gələrək təcrübə və bilik mübadiləsi, müəyyən sahələrdə qaranlıq qalan mövzular üzərində müzakirələr aparırlar.
Seminar respublikanın baş neonatoloqu Dr. Rüstəm Hüseynovun, ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya kafedrasının müdiri, prof. Dr. Səfixan Həsənov və Uzm. Dr. Erkin Rəhimovun təşəbbüsü ilə keçirilib.
Seminarda Neonatologiya kafedrasının assistenti, t.ü.f.d. Muxtarova Sevinc “ Su-elektrolit balans və disbalans” haqqında ətraflı çıxış edərək, 3 xəstə müzakirə olundu. Klinikanın rezidenti Nergiz Suleymanzadə “Kasabach–Merritt sindrom” lu (KMS) körpə ilə bağlı, Baku Medikal Plazadan Dr. Nərgiz Məmmədova və həkim oftalmoloq Rüxsarə Qurbanova “Erkən doğulan uşaqlarda ROP”, Caspian International Hospitaldan Aynur Bağırova “Fenilketonuria”-lı körpə və "Ağcaqayın şirəsi xəstəliyi" barədə ətraflı çıxış etdilər.
Seminarda iştirakçılarla mövzular üzərində maraqlı disskusiyalar aparıldı.