Bu gün ATU-nun Tədris Terapevtik Klinikasında Pediatriya fakültəsi üzrə Dövlət Attestasiya Komisiyası tərəfinfən “uşaq xəstəlikləri” fənnindən dövlət imtahanının birinci mərhələsi – təcrübi bacarıq imtahanı keçirilib. 140 nəfər VI kurs tələbələrinin hamısı imtahanda iştirak edib.
Pediatriya fakültəsinin dekanı dosent Nəriman Nağıyevin sözlərinə görə imtahan obyektiv şəkildə, müvəffəqiyyətlə keçib. Qeyri kafi qiymət alan tələbə olmayıb.