ATU rektoru imtahanların gedişi ilə maraqlanıb

Azərbaycan Tibb Universitenin (ATU) rektoru, professor Gəray Gəraybəyli yekun dövlət imtahanı verən tələbələrlə görüşüb, imtahanların gedişi ilə maraqlanıb.

 

Rektor Gəray Gəraybəyli tələbələrin fikir və təkliflərini dinləyib, bununla bağlı müəllimlərə tapşırıqlar verib. O, imtahandan uğurla keçən tələbələri təbrik edib, onlara gələcək karyeralarında uğurlar diləyib. Rektor daha sonra imtahan keçirən müəllimlərlə söhbət edib, onları düşündürən məsələlərlə yaxından tanış olub.

 

Qeyd edək ki, ATU-da dövlət imtahanlarına iyun ayının 1-dən start verilib və bu ayın 21-də yekunlaşdırılacaq. İmtahanlar müalicə-profilaktika, stomatologiya pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb fakültələrində aparılır.

 

Artıq dörd ildir ki, Tibb Universitetində imtahanlar obyektivliyin tam qorunması məqsədilə test üsulu ilə, kompüterlər vasitəsilə aparılır. Bu ildən etibarən həmçinin ATU-da Azərbaycanda ilk dəfə olaraq Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanları (OSKİ) da keçirilir.  

 

İmtahanların gedişinə müşahidə kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunur.