Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının fəalları və universitet tələbələrinin iştirakı ilə "Ürəyinin tonunu hiss et" adlı fleşmob keçirilib. Fleşmobun keçirilməsində məqsəd gənclərin sosial fəaliyyətlərinin artırılması, gələcəkdə bu cür aksiyalarda aktiv iştirak etmələridir.
67 nəfərin qatıldığı fleşmobun koordinatoru ATU TGT-nin daxili işlər üzrə sədr müavini Rauf Vəliyevdir.
Qeyd edək ki, bu, ATU TGT-nin bu il ərzində təşkil etdiyi sayca 2-ci belə fleşmobdur.