Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli universitetin bütün fakültələri üzrə III kursların nümayəndələri ilə görüşüb.
Səmimi şəraitdə keçən görüş zamanı tələbələr onların maraqlandıran məsələlərlə bağlı suallarını rektora ünvanlayıblar. Bu zaman təhsil sistemindən tutmuş tələbələrin asudə vaxtın təşkilinə kimi müxtəlif məsələlərlə bağlı suallar səsləndirilib. Qrup nümayəndələri bildiriblər ki, tələbələr universitetin ictimai həyatında daha aktiv iştirak etmək istəyirlər. Rektor Gəray Gəraybəyli gəncləri ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin ilə yaxından işləməyə dəvət edib. Bütün sualları cavablandıran rektor bir sıra məsləhətlər və tövsiyələrini səsləndirib, bəzi məsələlərin həlli ilə bağlı yerindəcə göstəriş verilib.
Qeyd edək ki, rektor Gəray Gəraybəylinin təşəbbüsü ilə keçirilən görüşlər silsilə xarakter daşıyır. Universitet rəhbərliyi bundan sonra da tələbələrlə görüşlər davam etdirəcək.