10-12 Mart tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) aktiv 27 tələbəsi, Səhiyyə Həmkarlar İttifaqı Komitəsinin Qusar rayonu ərazisində yerləşən “Şəfa” istirahət mərkəzinə göndərilib.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov tələbələrin çox yaxşı vaxt keçirdiyini, lazımınca əyləndiklərini qeyd edir: “ Bu 3 gün ərzində tələbələrimiz istirahətlə yanaşı, itimai işlərlə də məşğul olublar. Onlarla Quba soyqırımı memorial kompleksini ziyarət etdik. Bu, tələbələrimiz üçün çox təsirli və yadda qalan bir səfər oldu. Səfərin maraqlı tərəflərindən biri isə tələbələrimizin mərkəzdə dincələn digər səhiyyə işçiləri üçün konsert proqraml ilə çıxış etməsi oldu. Bu məqam həm tələbələrimiz, həm də orada istirahət edənlərin vaxtını daha fərqli keçirməsinə gətirib çıxardı”.
Qeyd edək ki, mərkəzdə dincələn tələbələrdən 8-i ATU-nun “Şəfa” instrumental xalq çalğı alətləri ansamblının üzvüdür.
İstirahət mərkəzində tələbələrə müxtəlif əyləncə növləri və gündə 3 dəfə yemək təqdim olunub.