Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin iclası keçirilib. İclasda ATU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Cahangir Qasımov bildirib ki, universitetde nizam-intizam qaydalarına ciddi diqqət edilmelidir: “Bildiyiniz kimi rektor Gəray Gəraybəylinin təşəbbüsü ilə ATU-da bütün mühafizə sistemi dəyişdirilib, gücləndirilib. Amma bəzi müəllimlərimiz bu qaydaya riayət etməkdə çətinik çəkir. Bəzilərinin isə bu haqda yetərincə məlumatı yoxdur”.
C.Qasımov iclas iştirakçılarını yeni mühafizə qaydaları və strukturu ilə tanış edərək, rəyasət heyəti üzvlərinin qarşısında duran vəzifələrdən danışdı.
İclas müzakirələrlə davam etdi.