Hirsutizm - cinsindən və yaşından asılı olmayaraq androgendən asılı terminal tüklərin izafi dərəcədə, fizioloji nahiyələrin çərçivəsindən kənara çıxmasıdır.
Hirsutizm özlüyündə xəstəlik deyil, androgen-estrogen disbalansın davamlı indikatorudur və akne seboreya və alopesiya ilə birlikdə bu anlayış-hiperandrogen dermatopatiiya Hioerandrogeniya sindromunun əlamətlərindən biri kimi özünü göstərir.
Hiperandrogeniya sindromunun patologiyası qadın orqanizminin androgenizasiyası kimi təzahür edir. Bioloji mayelərdə kişi cinsi hormonlarının aktiv (sərbəst) formalarının çoxluğu nəticəsində inkişaf edir və ya toxuma-hədəf həssaslığının androgenlərin normal səviyyəsinə nisbətilə əlaqədardır.
Kliniki olaraq özünü qadın orqanizminə xas olmayan əlamətlərlə - hirsutizmlə (kişi tipli tüklənmə) , akne (səpgilər), dərinin yağlanması (seboreya), androgendən asılı alopesiya (keçəlləşmə), barifoniya (səsin kobudlaşması), maskulinizasiya fenotipi (əzələlərin kişilərə xas inkişafı) və virilizasiyası
(kişiləşmə) kimi büruzə verir.
Əziz xanımlar, qeyd edilən əlamətlərdən hansısa birini özünüzdə hiss etdikdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının III Daxili xəstəliklər kafedrasının həkim-endokrinoloqlarına müraciət edə bilərsiniz.