ATU-nun Tədris Terapevtik Klinikasının aparıcı həkimi, mammoloq-radioloq Günel Qəmbərova son dövrlər süd vəzi giləsindən süd rəngli mayenin gəlmə şikayəti ilə daxil olan pasientlərin artdığını bildirir. Bu tibbi dildə “Qalaktoreya” adlanır .
Qalakteroya haqqında məlumat verən, həkim qadınların bu kimi hallarda diqqətli olmalarını tövsiyə edir.
G. Qəmbərova bildirib ki, belə ifrazat birmənalı qarşılanmamalı və tam detallı müayinə olunmalıdır.: “Qalaktoreya- qeyri-laktasion periodda, yəni süd vermə periodundan kənar vaxtda gilədən gələn süddür. Bunun səbəbi polietioplojidir. Əgər qadının sinə alt paltarı mütəmadi olaraq islanırsa, o, gecikmədən həkim mammoloqa müraciət etməlidir. Bunun səbəbi hipofizdə olan adenoma ola bilər. Bu zaman qanda ilk öncə prolaktinin səviyyəsi təyin olunur və hipofizin kontrastlı MRT müayinəsi aparılır. Digər səbəb dofamin sintezini azaldan hər hansı bir preparat qəbulu ola bilər. Bu da medikamentoz qalaktoreya yarada bilər.Həddən çox istifadə olunan estrogen tərkibli oral kontraseptiklər prolaktin sintezini qaldıra bilər və qalaktoreya yaranmış olar.Pasientdə hipotireoz varsa, qanda tiroliberin sintezi qalxar və bu da dofamin və prolaktin sekresiyasını stimulə edər və sonda qalaktoreya yaranmış olar”.
G. Qəmbərova qadınlar gecikmədən həkimə müraciət etməli olduqlarını qeyd edib: “Məlum olduğu kimi, süd vəzi öz anatomiyasını və strukturasını digər orqanların hesabına qurur və ona görə də həm həkim endokrinoloqlar və ginekoloqlar, həm də pasientlərin özləri bu barədə daha diqqətli olmalıdırlar”.