“Sizin bacarığınıza, təcrübənizə ehtiyacımız var”
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Stavropolda keçirilən olimpiadada uğurla iştirak edən tələbələrlə görüşüb. Rektor G.Gəraybəyli yarışmada nailiyyət əldə edən tələbələri təbrik edərək onlara təşəkkürünü bildirib:
Rektor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetini bu cür aktiv və bacarıqlı, savadl tələvələein təmsil etdiyinə görə şad olduğunu bildirib: “Azərbaycan Tibb Universitetinin Stavropol Dövlət Tibb Universiteti ilə əməkdaşlıq haqqında müqaviləsi var. Çox şadam ki, artıq həmin saziş əsasında bu cür fəaliyyətlər yerinə yetirilir. Tələbələri maraqlandıran, onların inkişafına yol açan belə tədbirlərdə iştirakınıza görə sevinirik”.
Rektor G.Gəraybəyli həmçinin yaxın gələcəkdə ATU-da tədris sistemində bir sıra dəyişiklərin planlaşdırıldığını, bu prosesdə aktiv və bacarıqlı tələbələrin iştirakına ehtiyac olduğunu dedi: “Biz nəzəriyyə ilə yanaşı, praktik biliklərin tədrisini artırmağı düşünürük. Bu məsələlərin həllində sizin köməyinizə, sizin qazandığınız biliklərə ehtiyacımız var. Sizlər aşağı kurs tələbələri ilə öz biliklərinizi, təcrübənizi bölüşə bilərsiz”.
Görüş zamanı ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov keçirilən olimpiada haqqında məlumat verdi. Onun sözlərinə görə, 19-20 may 2017-ci il tarixlərində Rusiyanın Stavropol şəhərində tibb universitetləri arasında "Asklepiy" beynəlxalq Olimpiadası baş tutub: “Stavropol Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən yarışmada 15 komanda iştirak edib. Azərbaycan Tibb Universiteti bu yarışmada "AMU Fires" komandası ilə iştirak edib. Komandanın tərkibinə universitetin 2-ci, 4-cü və 5-ci kurs tələbələri daxil olublar”.
Olimpiadada itirak etmiş komanda üzvləri də yarışma haqqında təəssüratlarını böüşüblər və bu yüksək münasibət və yaradılan şəraitə görə rektora təşəkkürlərini bildiriblər.