ATU rektoru xarici tələbələri sorğu-suala çəkdi

Azərbaycan Tibb Universitetində imtahan sessiyası davam edir. Yekun dövlət attestasiya imtahanları ilə yanaşı, ATU-da təhsil alan xarici tələbələrin hazırlıq səviyyəsi ilə bağlı da imtahanlar keçirilir.

Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli ali məktəbdə təhsil alan xarici tələbələrin hazırlıq şöbəsinin şifahi dil imtahanında iştirak etdi. Rektor G.Gəraybəyli imtahan prosesinin gedişini müşahidə etdi, həmçinin imtahanın keçirilməsi üçün yaradılan şəraitlə tanış oldu.

ATU rektoru G.Gəraybəyli şəxsən imtahan prosesinə qatılaraq xarici tələbələri sorğu-suala çəkdi, onların dil biliklərini yoxladı. Rektor imtahanın təşkili və gedişi ilə əlaqədar müəllim və nəzarətçilərə öz tövsiyələrini verdi.

Qeyd edək ki, 597 nəfər imtahanı uğurla verərək, 1-ci kursa qəbul olmaq üçün müsabiqədə iştirak etmək hüququ qazanıblar.