Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Tibbi Şuranın iclası keçirilib.
İclası giriş sözü ilə açan direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev gündəlikdə olan məsələlərlə bağlı şura üzvlərinə ətraflı məlumat verib.
Klinikanın şöbələrində stasionar və gündüz rejimində müalicə alan pasiyentlər barədə danışan, A. Nuriyev aprel ayı ilə müqayisədə may ayında xəstə sayının qəbulunda artım müşahidə edildiyini bildirib.
O, aprel-may aylarının müqayisəli təhlilini apararaq qeyd edib ki, xəstə sayının artımındaki əsas səbəblərdən biri də həkimlərin xəstələrlə olan münasibəti və diqqətidir.
A. Nuriyev stasionar rejimində daha çox xəstə qəbulunun endokrinologiya, uşaq pulmonologiya, endokrinologiya, allerqologiya, hematologiya, reanimasiya, nefrologiya, revmatologiya-qastreontorologiya şöbələrində olduğunu, gündüz rejimində isə pulmanologiya, allerqologiya, nefrologiya, revmatologiya-qastreontorologiya, efferent terapiya şöbələrində olduğunu vurğulayıb.
May ayı ərzində endokrinologiya şöbəsinin fəaliyyətində irəliləyişin olduğu və elə daha çox xəstənin də bu şöbədə qəbul edildiyini diqqətə çatdırılıb.
Yığıncaq işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.