Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsində “Hirsutizmlə” bağlı seminar keçirilib.
Seminarda çıxış edən professor endokrinoloq Rafiq Məmmədhəsənov hirsutizmin böyük bir problem olmasından və Azərbaycanda da bu xəstəliyin geniş yayılmasından danışıb.
Daha sonra endokrinoloq Səbinə Məşədiyeva çıxış edərək bu problemin geniş yayıldığını və dərman müalicəsinin xəstəliyin özündən asılı olduğunu bildirib: “Bu xəstəlik yeniyetmə və uşaqlarda, ailə qurmamış qızlarda bir sxemlə, ailə qurandan sonra isə başqa bir sxemlə inkişaf edir. Daha çox avropoid irqdə, dənizsahili və Orta şərq ölkələrində rast gəlinir. Burda genetik faktorların və hava şəraitinin də təsiri böyükdür”.
Seminarın davamında hirsutizmin müalicəsində müasir müayinə üsulları və təsirli dərman vasitələri barədə də danışılıb.