Avqustun 15-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesinə start verilib.
Sənəd qəbulunun daha asan və rəvan keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. ATU-da hər bir fakültənin qeydiyyat prosesi ayrılıqda aparıldığından,anlaşılmazlıq və sıxlıq yaranmayıb.
Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən ATU-nun internet saytı, həmçinin rəsmi Facebook səhifəsində yerləşdirilib. Gənclər qeydiyyatla bağlı suallarını ATU-nun Facebook səhifəsinə ünvanlayıblar. Eyni zamanda, abituriyentlər universitetdə qeydiyyatla bağlı yaradılmış Qaynar Xətt telefon nömrəsi ilə də əlaqə saxlamaqla onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.
Qeyd edək ki, I kurs tələbələrinin qeydiyyatı avqustun 25-ə qədər davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-17:00-a qədər ATU-nun 5 saylı tədris korpusunda aparılır.
Qəbul üçün sənədlərin siyahısını burdan əldə etmək olar: