Bu gün Mərkəzi Hərbi Klinik Hospitalın həyətində Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinin V kurs kursantlarının andiçmə mərasimi olub. Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzovun şəxsində andiçmə açıq elan olunub. İlk öncə Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni oxunduqdan sonra Hərbi And təntənəli şəkildə kursantlar tərəfindən səsləndirilib.
Qeyd edək ki, andiçmə mərasimi kursantlarının valideynləri tərəfindən izlənib.
Bu münasibətlə Ç.Əlləzov kursantları və onun valideynlərini təbrik edib. Kursantlara üzərlərinə düşən vəzifəni layqiqincə yerinə yetirmələrini arzu edib.
Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti polkovnik-leytenant Azər Əliyev də öz çıxışında kursantları Hərbi And münasibəti ilə təbrik edi, onlara şərəfli və çətin peşədə uğurlar diləyib.
Kursantı Şamxal Nadirov öz çıxışında umumilli lider Heydər Əliyevin təməlini qoyduğu hərbi tibb fakültəsinin bir aylıq hərbi təlim toplanışında olduqlarını bildirib: “Təlim toplanışı zamanı hərbi tibb fakültəsinin rəhbərliyi zabit və gizirləri tərəfindən isti münasibətin şahidi olduq. Bu müddət ərzində bir çox bilik və bacarılqlara yiyələndik. Zabitlər bizə hərbi sirrləri öyrətdilər. Bizə yaradılan şəraitə görə, Azərbaycan Rrspublikasının Müdafiə nazirinə, Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisinə, hərbi tibb fakültəsinin rəisinə və bütün kollektivə kursant yoldaşlarımın və öz adımdan dərin təşəkkür edirəm. Bu gün biz kursantlar Hərbi Andı qəbul etdik. Buna görə qürur hissi keçiririk. İki qədim sənət olan - hərbçilk və həkimliyin məsuliyyətini çiyinlərimizdə hiss edir, biz göstərilən qayğını və ümidləri doğrultmaq üçün var gücümüzlə çalışacağıq. Bu gün münasibəti ilə bütün kursant yoldaşlarımı ürəkdən təbrik edirəm. Biz öz növbəbizdə həkimlik peşəsinə sədaqətlə xidmət etməyə, Vətənimizin müdafiəsində şərəflə durmağa söz veririk.”
Valideynlərdən Fəxrəddin Əlirzayev çıxış etdi. Övladlarına yaratdıqları şəraitə görə rəhbərliyə və kursantlara təlim və tədrisində əməyi keçən zabitlərə təşəkkürünü bildirib. Onlara bu şərəfli vəzifəni layiqncə yerinə yetirməyə tövsiyyə edərək uğurlar arzulayıb.
Sonda Ç.Əlləzov valideynlərlə söhbət edib, onlara övaldalarına dövlət tərəfindən yaradılan şəraitdən, hansı şəraitdə təhsil almalarından söhbət açıb.