Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Ph.d. Taryel Ömərov “IFSO 2017” (International Federation for the Surgery of Obesity and Metabolic Disorders -IFSO)beynəlxalq elmi konqresdə iştirak edib. 2 minə yaxın iştirakçısı olan bu tədbirdə dünyanın 100-ə qədər dövlətindən cərrahlar qatılıb.
Taryel Ömərovun sözlərinə görə, “İFSO 2017” dünya konqresində Bariatrik-Metabolik cərrahiyyəsi sahəsi ilə məşğul olan mütəxəssislər iştirak ediblər. Konqres zamanı bu sahəyə aid son elmi nailiyyətlər barəsində məlumat verilib, təcrübə mübadiləsi aparılıb.
T.Ömərov qeyd edir ki, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının uğurlu fəaliyyəti sayəsində artıq azərbaycanlı cərrahları dünyanın çox yerində tanıyırlar: “Son 5 ildə bu yolda apardığımız işlər tanınır. İsətr praktik,istərsə də nəzəri baxımdan fəlaiyyətimiz yüksək qiymətləndirilib. Bu konqresdə IFSO-nun təşəkkür sertifikatına layiq görüldük. Bu, bizim üçün qürurverici bir andır”.