İctimai sağlamlıq kafedrasının əsası 1924-cü ildə Bakı Dövlət Universitetində qoyulmuşdur. 1939-cu ildə Respublika Xalq Komissarlığının «Sanitar statistika bürosu» yaradılaraq kafedranın tədris bazasına çevrilmişdir. 1941-ci ildə kafedranın adı dəyişilərək «Səhiyyənin təşkili» adlandırılmış, 1950-ci ildə «Tibb tarixi» kurs halında tədris olunmağa başlanmışdır. 1966-cı ildə kafedranın adı dəyişilərək «Sosial gigiyena və səhiyyənin təşkili» adlandırılmışdır. 1970-ci ildə kafedrada «Əməyin elmi təşkili» laboratoriyası yaradılmış və 1981-ci ildə Respublika Səhiyyə Nazirliyinin strukturuna verilmişdir. 1976-1988-ci illərdə kafedrada «Sovet hüququ» tədris olunmuşdur. 1989-1993-cü illərdə kafedra «Sosial gigiyena, səhiyyənin təşkili və avtomatik idarəolunma sistemi» adlandırılmış, 1993-cü ildə yenidən «Sosial gigiyena və səhiyyənin təşkili» adı qaytarılmışdır, 2010-cu ildən kafedranın adı «İctimai sağlamlıq və Səhiyyənin təşkili» adlandırılmışdır.

Kafedraya kimlər və neçənci illərdə rəhbərlik etmişlər:

1926-1932-ci illərdə prof. Ömər Əliyeviç Bayraşevski;

1932-1964-cü illərdə prof. Əlibəy Qulubəy oğlu Əlibəyov;

1964-1983-cü illərdə prof. İosif İsayeviç Fel;

1983-1989-cu illərdə t.e.n. dos. Əli Əhməd oğlu Əhmədov;

1989-1994-cü illərdə t.e.d. Əzəm Təyyar oğlu Ağayev;

1994-2002-ci illərdə t.e.n. dos. Mirhəşim Seyidağa oğlu Cabbarov;

2002-2005-ci illərdə bu vəzifəni t.e.d. dos. Azad Firudin oğlu Əliyev müvəqqəti icra etmişdir.

2005-ci ilin aprel ayından t.e.d. prof. Rafiq Ənvər oğlu Çobanov rəhbərlik edir.

Kafedrada - 28 nəfər əməkdaş çalışır: Professor və müəllim heyəti - 19 nəfər, baş laborantlar - 3 nəfər, baş preparatorlar - 2 nəfər, preparatorlar - 2 nəfər, xadimələr - 2 nəfər. Tədris alır - 5 nəfər rezident. Professor - müəllim heyətindən: 3 nəfər t.e.d., professor., 4 nəfər t.e.n., dosent., 1 nəfər t.e.n., baş müəllimdir, 4 nəfər t.e.n. Assistent.