1.    20.09.2024-cü il tarixində UNEC-in elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, dk. Nərgiz Hacıyeva tərəfindən “Elmi-tədqiqat layihələrinin idarə edilməsi” haqqında təlim keçirilmişdir..

 

2.    05.11.2024-cü il tarixində İtaliyanın Bolonya Universitetinin doktorantı və UNEC Əziz Sancar Adına Qida Təhlükəsizliyi laboratoriyasının tədqiqatçısı, biotexnoloq Sona Hacıyeva  tərəfindən “Yüksək kvartilli jurnallarda nəşr üçün elmi məqalələri necə hazırlayaq?” adlı seminar keçirilmişdir.

 

3.    20.11.2024-cü il tarixində ATU-nun Elmi Tədqiqatların İdarə olunması Depar-tamentinin kordinatoru, dosent Pənahova Sevinc tərəfindən “Elmimetriya”ya həsr olunmuş vebinar keçirilmişdir.

 

4.    03.12.2024-cü il tarixində Azərbaycan Erasmus+ Milli Ofisinin direktoru və Avropa İttifaqının təhsil proqramlarının təcrübəli mütəxəssisi Pərviz Bağırov tərəfindən “ERASMUS+ proqramlarının imkanları” mövzusunda təlim keçirilmişdir.

 

5.    05.12.2024-cü il tarixində ATU-nun Elmi Tədqiqatların İdarə olunması Departamentinin təşkilatçılığı ilə «Plagiat.pl.» şirkətinin əməkdaşı Fəridə Ayaz qızı Rzazadə tərəfindən “Elmi tədqiqat işlərində plagiatdan yayınma” mövzusunda seminar keçirilmişdir.

 

6.    07.12.2024-cü il tarixində Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndələri ilə Əqli Mülkiyyət Agentliyinin rəsmiləri arasında görüş keçirilib. Görüşdə Agentlik sədrinin müşaviri Gülnar Rüstəmova, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova iştirak ediblər.

 

7.    17.12.2024-cü il tarixində ATU-nun II uşaq xəstəlikləri kafedrasının assistenti, t.ü.f.d. Cəfərova Aytən tərəfindən “Dissertasiya və avtoreferatların tərtib olunması” mövzusunda vebinar keçirilmişdir.

 

8.    26.12.2024-cü il tarixində ATU-nun Əczaçılıq fakültəsinin məzunu, hazırda Fransanın Eks-Marsel Universitetinin müəllimi, ə.ü.f.d. Elnur Qarayev tərəfindən “Yeni bioloji fəal maddələrin axtarışında molekulyar şəbəkənin tətbiqi” mövzusunda seminar keçirilmişdir.