
Radiologiya fənninin əsas məqsədi şüa diaqnostik müayinə metodlarının müxtəlif patoloji proseslərin diaqnostikasında tətbiqi qanunauyğunluqlarının tədrisidir. Fənnin öyrədilməsi zamanı gələcək mütəxəssislərə müasir dövrdə tibbdə tətbiq edilən və geniş perspektivliyi ilə seçilən metodlar daha mükəmməl şəkildə öyrədilir. Bu fənndə insan orqanizmində mövcud olan normal və patoloji proseslərin müxtəlif şüaların köməyi ilə müayinəsinin əsas prinsipləri, təbabətdə tətbiq edilən şüa müayinə metodlarının vacib meyarları və müxtəlif proseslərin diaqnostikasında yeri və rolu geniş şərh edilir. Tibbin bütün sahələrində özünəməxsusluğu ilə seçilən əsas və xüsusi rentgenoloji müayinə metodları; həmçinin müasir kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, radioizotop diaqnostika, ultrasəs, termoqrafiya, pozitron emision tomoqrafiya müayinələrinin mahiyyəti və diaqnostik parametrləri (həssaslıq, spesifiklik və s.) öyrənilir.
Diaqnostik radiologiya
Oral Radiologiya
Radioterapiya
