
Psixiatriya təbabətin kompleks şəkildə inkişaf edən sahəsidir. Müasir dövrdə psixiatriya sürətlə inkişaf edən elmlərdən biridir. Psixiatriya ümumi psixopatologiya və xüsusi psixiatriya hissələrindən ibarətdir. Psixiatriyanın özünə məxsus tədqiqat üsulları, diaqnostika metodları və müxtəlif müalicə taktikası sistemi vardır. Ümumiyyətlə Psixiatriya fənni tələbələrdə ümumi həkim etikası və deontologiya haqqında anlayış verərkən gələcək fəaliyyətlərində xəstələrlə daha səmimi ünsiyyət yaratmağa mühüm amil olmalıdır.
Fənnin proqramı ATU-nin müalicə-profilaktika, hərbi həkim işi, ictimai səhiyyə və stomatologiya fakültələrində təhsil alan tələbələr üçün müasir standartlara müvafiq olaraq tərtib olunmuşdur. Fənnin mükəmməl mənimsənilməsi savadlı və peşəkar həkimlərin hazırlanmasında köməklik edir.
Psixiatriya (Müalicə işi,hərbi həkim işi,ictimai səhiyyə,stomatologiya)
