
“Patologiya” kafedrasında bakalavr proqramı xəstəliklərin yaranma səbəblərini, inkişaf mexanizmlərini və orqanizmdə törətdiyi morfoloji və funksional dəyişiklikləri öyrənməyə yönəlmişdir və bu proqram çərçivəsində tələbələr ümumi və xüsusi patologiya, histologiya, sitologiya, biokimya, immunologiya və molekulyar biologiya kimi fənləri mənimsəyir, həmçinin mikroskopiya və laborator analizlər üzrə praktiki bacarıqlar qazanırlar. Bu təhsil proqramı məzunlara gələcəkdə magistratura, rezidentura və tibb təhsili almaq, elmi-tədqiqat laboratoriyalarında, biotexnologiya və diaqnostik sahələrdə fəaliyyət göstərmək üçün möhkəm elmi baza yaradır.
Patologiya – (Müalicə-profilaktika fakültəsi)
Patologiya – (Hərbi tibb fakültəsi)
Patologiyanın əsasları (Feldşer)
Patologiya (Fizioterapiya və tibbi reabilitasiya)
