Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

“Ümumi cərrahlıq” kafedarsında I, II Müalicə-profilaktika, Stomatologiya, Hərbi Tibb Fakültəsi tələbələri cərrahiyyənin ümumi prinsiplərini öyrənir, əməliyyat blokunun quruluşu ilə və cərrahi alətlərlə tanış olur, müxtəlif cərrahi patologiyalar, travma və qanaxmalar, əməliyyat və anesteziya növləri, cərrahi infeksiyalar, şişlər, inkişaf qüsurları, cərrahi parazitar xəstəliklər, transplantologiya haqqında biliklər əldə edirlər. Hər bir fakültənin özünə uyğun hazırlanmış proqramın məqsədi tələbələrə cərrahi patologiya və travmaların əlamətləri, ilkin diaqnostikası, müalicə prinsipləri üzrə nəzəri və praktiki biliklər qazandırmaqdır. Tələbələr ilkin diaqnoz müəyyənləşdirmək, son klinik diaqnoz qoyulması üçün müayinə planı təşkil etmək, müalicə tədbirləri ardıcıllığını müəyyənləşdirmək, xəstəliyin proqnozunu dəyərləndirmək istiqamətində nəzəri biliklərə yiyələnirlər. Eyni zamanda bəzi praktik vərdişlər (qanaxmanın dayandırılması, cərrahi tikiş və düyünün qoyulması, müxtəlif punksiyalar həyata keçirilməsi, yaranın birincili və ikincili işlənməsi, sarğıların qoyulması) qazanırlar.

Ümumi cərrahlıq (I və II müalicə-profilaktika fakültələri)

Ümumi cərrahlıq (Stomatologiya fakültəsi)

Ümumi cərrahlıq (Hərbi Tibb Fakültəsi)