Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

Anesteziologiya, reanimatologiya, intensiv terapiya kafedrasında bakalavr proqramı tələbələrə anesteziologiya, reanimatologiya, intensiv terapiya sahəsi  üzrə  nəzəri bilik ve  həkim bakalavrın iş fəaliyyəti həcmində praktik vərdişlər qazandırır.

Proqramın məqsədi anesteziologiya  reanimatologiya intensiv terapiyanin təməl prinsiplərini, kardiopulmonar resussitasiyanı, yetkinlərdə/uşaqlarda baza reanimasiya tədbirlərinin nəzəri əsasları və maneken üzərində tətbiqini, neonatal reanimasiya, beyin ölümü və klinik ölümdə reanimasiya, müxtəlif mənşəli böhranlı hallarda intensiv tədbirləri, oksigen müalicəsi, qan transfuziyası qaydaları və ağırlaşmalarinın müalicəsi, su-elektrolit və turşu qələvi balansının tənzimlənməsinin əsasları, ümumi və regionar anesteziya üsulları və müvafiq dərman vasitələri, reanimasiyada tətbiq edilən mexaniki ventilyasiya, enteral və parenteral qidalandırma üsulları, sepsis və cox saylı orqan funksiyasının pozulmasının əsasları, ağrı və ağrısızlaşdırma, damar yolunun və tənəffüs yollarının keçiriciliyinin təmin edilməsini öyrətməkdir.

Tədris prosesində tələbələr  narkoz-tənəffüs aparatları və monitor sistemləri ilə işləməyi, əməliyyat öncəsi xəstənin vəziyyətini qiymətləndirməyi, terminal vəziyyəti, o cümlədən klinik ölümü qiymətləndirməyi, kompleks reanimasiya tədbirlərini (baza reanimasiya tədbirləri: ürək masajı, tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi, süni tənəffüs; ixtisaslaşdırılmış reanimasiya tədbirləri: defibrilyasiya, medikamentoz yardım) aparmağı, şok, koma, kəskin ürək-damar, tənəffüs, qaraciyər-böyrək çatışmazlığı, kəskin zəhərlənmələr kimi halları qiymətləndirməyi və intensiv yardım göstərməyi öyrənirlər.

Bakalavr mərhələsini bitirən məzunlar laborator və diaqnostik müayinələrin nəticələrini dəyərləndirməyi  və müasir müalicə protokollari ilə işləməyi öyrənirlər. Məzunlar xəstəxanalar, poliklinikalar, icbari tibbi sığorta qurumları, dövlət və özəl tibb mərkəzləri, eləcə də tədqiqat və təlim müəssisələrində fəaliyyət göstərə bilirlər.

Müalicə-profilaktika fakültəsi

Anesteziologiya, reanimatologiya, intensiv terapiya ixtisası (ARİT) ağrısızlaşdırma, itirilmiş həyati funksiyaların bərpası, böhranlı vəziyyətlərdə həyati vacib funksiyaların əvəz olunması və idarə olunmasını öyrədən tədris proqramıdır. Əsas məqsədi tələbələrə  Anesteziologiya, reanimasiya və intensiv terapiya klinikasına uyğun etika və deontologiya qaydalarını,sadə və nisbətən təhlükəsiz anesteziya aparmağın metodikasını, kritik (böhranlı) xəstələrə yanaşma vərdişlərini, uzunmüddətli infuzion-transfuzion terapiyanın metodikasını, anesteziologiya, reanimasiya, intensiv terapiya təcrübəsində tətbiq edilən müxtəlif monitorlaşdırmanın metodikasını ,klinik ölüm zamanı qan dövranı və tənəffüsün bərpasına yönəlmiş  tədbirlərin hansı ardıcıllıq və necə aparılması, ağrı sindromunun idarə olunması metodikasını öyrətməkdir.Klinik məşğələlər zamanı tələbələr real pasientlərlə işləməyi,tənəffüs yollarının keçiriciliyinin bərpası (Safarın triadası),traxeyanın intubasiyası,sadə metodlarla ağciyərlərin süni ventilyasiyası (ACSV), oksigen terapiyasının metodikası, ürəyin qapalı masajı, defibrilyasiyanın aparılma metodikası, konikotomiyanın aparılması, traxeostomiyanın texnikası,venaların kateterizasiyası kimi klinik bacarıqları mənimsəyirlər.

 

Anesteziologiya, reanimatologiya, intensiv terapiya fənni tədris olunur:

Müalicə-profilaktika fakültəsi

Hərbi tibb fakültəsi         

Feldşer hazırlığı - Hərbi tibb fakültəsi