Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

“Uşaq cərrahlığı” kafedrasında bakalavr proqramı tələbələrin gələcəkdə həkim kimi fəaliyyətində uşaq cərrahi patologiyalarını bilməsini, düzgün ilkin yardım göstərməsini və xəstəni ixtisaslaşmış mərkəzə yönləndirməsini təmin etməyə yönəlib. Proqram çərçivəsində tələbələr uşaqlarda cərrahi xəstəliklər zamanı meydana çıxan əsas klinik əlamətləri, onların təhlilini, ayrı-ayrı sistem və orqanların patologiyalarını, xəstəliklərin kliniki əlamətlərini, diaqnostikası və müalicə taktikasını ətraflı öyrənirlər.

Proqramın məqsədi : Uşaq cərrahiyyəsi fənninin bakalavr səviyyəsində tədrisinin məqsədi tələbələrə yenidoğulmuş, körpə, uşaq və yeniyetmə yaş dövrlərində rast gəlinən cərrahi xəstəliklər haqqında əsas nəzəri biliklər, ilkin klinik yanaşma bacarıqları və təcili vəziyyətlərin tanınması vərdişləri və əsaslı səhiyyə təşəbbüsləri üzrə praktiki biliklər qazandırmaqdır. Məzunlar səhiyyə problemlərini qiymətləndirmək, elmi sübutlara əsaslanaraq qərarlar qəbul etmək, əhalinin sağlamlığının qorunması istiqamətinə yiyələnirlər. Bakalavr təhsilini başa vuran məzunlar səhiyyə müəssisələrində, eləcə də tədqiqat və təhsil mərkəzlərində mütəxəssis kimi fəaliyyət göstərə bilirlər. Bu fənn ümumi praktik həkimlərin və pediatrların hazırlanmasında mühüm rol oynayır, uşaq cərrahiyyəsi üzrə rezidenturaya nəzəri baza yaradır və klinik fənlər arasında inteqrasiyanı gücləndirir.

Proqramın əsas vəzifələri

  • Uşaqlarda cərrahi xəstəliklərin etiologiyası, patogenezi və klinik xüsusiyyətləri barədə baza biliklər formalaşdırmaq
  • Uşaq orqanizminin anatomo-fizioloji xüsusiyyətlərini və cərrahi risk faktorlarını izah etmək
  • Təcili uşaq cərrahiyyəsi hallarında ilkin diaqnostik yanaşmanı öyrətmək
  • Klinik düşünmə və differensial diaqnostika bacarıqlarını inkişaf etdirmək
  • Uşaq xəstələr və valideynlərlə etik və peşəkar ünsiyyət vərdişləri aşılamaq
  • Multidissiplinar yanaşmanın əhəmiyyətini dərk etdirmək

 

Uşaq cərrahlığı ( I ,II Müalicə-profilaktika ) 

Uşaq cərrahlığı (Hərbi Tibb)