
Orta məktəb təhsilini 2007-ci ildən 2018-ci ilə qədər Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada almışdır.
2018-2022-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsində təhsil almışdır.
2022-ci ildə 79 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının, Biokimya ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur. Magistr dissertasiya işi “Osteoporoz zamanı spesifik sümük-qığırdaq biomarkerlərinin təyini” mövzusuna həsr edilmişdir. Təcrübə şəklində II kurs yaz semestrində Azərbaycan Tibb Universitetində magistrant kimi dərslər aparmışdır. Azərbaycan Tibb Universitetinin magistratura pilləsini 98,397 ortalama ilə əlaçı olaraq, fərqlənmə diplomu ilə bitirmişdir.
Dissertasiya mövzusu üzrə beynəlxalq və yerli konfranslarda 7 məruzəsi olmuşdur. 20 oktyabr 2022-ci ildə Ümumdünya Osteoporozla Mübarizə Günü münasibətilə kafedra daxilində çıxış etmiş və bu çıxış Azərbaycan Tibb Universitetinin rəsmi saytında yerləşdirilmişdir ( https://amu.edu.az/news/3193/magistr-humay-hesenova-osteoporoz-xesteliyinden-danisib ). “ATUREK 11-ci elmi-təcrübi konfransı” – da öz çıxışı ilə seçilmiş, üçüncü yeri tutmuş, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli tərəfindən diplom ilə təltif edilmişdir. Habelə, 1-2 iyun 2023-cü ildə Xəzər Universitetində keçirilən “One Health: Problems and Solutions, 3rd International Conference” iştirak etmiş, dissertasiyta mövzusu üzrə tezis təqdim etmişdir. “İkinci Azərbaycan Laborotor Tibb Konqresi 2024” – də təqdim etdiyi tezis ən yaxşı poster məruzəsi olaraq seçilmiş, birinci yerə layiq görülərək, sertifikat ilə təltif edilmişdir.
2024-cü ildən Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında baş laborant vəzifəsində çalışır. 2024-cü ildə Bakı Dövlət Universitetinin “12th International Conference Achievements and Challanges in Biology” konfransında məruzəsi olmuşdur. 2025-ci ildə “Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalı”-da məruzəsi ilə fərqlənmişdir. 28-29 noyabr 2025-ci ildə Xəzər Universitetində keçirilən “4th International Conference One Health: Problems and Solutions” konfransında doktorantura mövzusu üzrə inglis dilində məruzəsi olmuşdur. RAP2025 beynəlxalq konfransına təqdim etdiyi materiallar əsasında xarici jurnalda tezisi çap edilmişdir.
Doktorantura imtahanında yüksək bal toplamış, beləliklə 1 oktyabr 2025-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının doktorantıdır. 2025-ci ildən Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında seminar məşğələləri aparır.Yerli və xarici mətbuatda nəşr olunmuş 5 məqalə və 10 tezisin müəllifidir.
2024-hal-hazıradək – Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında baş laborant.
Orta məktəb – 2007 - 2018 Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya;
Bakalavr - 2018-2022 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsi, Biologiya ixtisası;
Magistratura - 2022-2024 Azərbaycan Tibb Universitetinin Biokimya kafedrası, Biokimya ixtisası;
Doktorantura – 2025-2029 Azərbaycan Tibb Universitetinin Biokimya kafedrası.
1. Professor A.M.Əfəndiyevin 80-illik yubileyinə həsr edilmiş “Biokimya və Təbabətin aktual problemləri” adlı elmi-praktik konfransı. 27 yanvar, 2023. Azərbaycan Tibb Universiteti, Bakı.
2. “ATUREK 11-ci elmi-təcrübi konfransı” 25 aprel, 2023. Azərbaycan Tibb Universiteti, Bakı.
3. “One Health: Problems and Solutions, 3rd International Conference” 1-2 iyun, 2023. Xəzər Universiteti, Bakı.
4. “İkinci Azərbaycan Laborotor Tibb Konqresi 2024” 2-4 may, 2024. Azərbaycan, Bakı.
5. “ATUREK 12-ci elmi-təcrübi konfransı” 23 aprel, 2024. Azərbaycan Tibb Universiteti, Bakı.
6. “12th International Conference Achievements and Challanges in Biology” 19-20 December, 2024. Baku State University, Azerbaijan, Baku.
7. “Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalı” 2025. Azərbaycan, Bakı.
8. “Sistemli Biologiyadan Sistemli Təbabətə Qədər” 15 aprel, 2025. Azərbaycan, Bakı.
9. “4th International Conference One Health: Problems and Solutions” 28-29 noyabr 2025. Xəzər Universiteti, Bakı.
“Osteoporoz zamanı spesifik sümük-qığırdaq biomarkerlərinin təyini”
“Kardiovaskulyar patalogiyalar zamanı bəzi adipokinlərinyeni funksional iltihab markerləri kimi öyrənilməsi”.
1. Humay Həsənova, Gülnarə Əzizova, “Osteoporoz zamanı mineral mübadiləsinin komponentləri” / TƏBİƏT VƏ ELM Beynəlxalq elmi jurnal İmpakt Faktor: 2.101, Cild: 5 Sayı:11, DOİ: https://doi.org/10.36719/2707-1146/38/18-22, Bakı – 2023, s. 18.
2. Həsənova H.E., Quliyeva F.E., Əzizova G.İ., “Osteoporoz zamanı mineral mübadiləsi komponentlərinin və D vitamininin təyini” / AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ ƏZİZ ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT HƏKİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTU // ƏZİZ MƏMMƏDKƏRİM oğlu ƏLİYEVİN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANSIN MƏCMUƏSİ, Bakı – 2024, s. 386.
3. Həsənova H.E., Əzizova G.İ., “Osteoporozlu xəstələrdə kalsium, fosfor mübadiləsinin və D vitamininin əhəmiyyətinin təyin edilməsi” / ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101 İLLİYİNƏ HƏSR OLUNMUŞ “MÜASİR TƏBİƏT VƏ İQTİSAD ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS IV – HİSSƏ, 03-04 may Gəncə - 2024, s. 295.
4. Həsənova H.E., Əzizova G.İ. “Müxtəlif mənşəli osteoporozlar zamanı osteokalsin və osteopontinin təyini” / 12th International Conference - Achievements and Challenges in Biology. Dec 19-20, 2024. s.408-414.
5. Həsənova H.E., Həsənova N.A., Hacıyeva Ü.R. “Müxtəlif mənşəli osteoporozlar zamanı adipokinlərin və apaptoz faktorlarının rolu” / Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri - Rüblük elmi-praktik jurnal, N4, 2024. s.91-94.