Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

İsmayılova Şahnaz Yusub qızı, 1985-1990-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya-texnologiya fakültəsini bitirmişdir. 1991-ci ildə "VNİİOLEFİN" elmi-tədqiqat ins­ti­tutunun nəzdində olan "Polimerkompozit" kiçik elmi müəssisəsində kiçik elmi işçi, 1992-1997-ci illərdə KMZ-nin analitik kimya laboratoriyasının rəhbəri vəzifəsində çalışmışdır. Bu müddət ərzində (1992-ci ildən etibarən) "Dibenzo-diazakraun efirlərin sintezi və analitik tətbiqi" mövzusu üzrə elmi işlə məşğul olmuşdur.

1997-ci ilin dekabr ayından ATU-nun əczaçılıq toksikologiyası və kimya ka­fed­rasında (keçmiş Ümumi və toksikoloji kimya kafedrası) laborant, sonra baş laborant vəzifəsində çalışaraq, 2001-ci ildə dissertasiya işini müdafiə edib, "Analitik kimya" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almışdır.

 Ş.Y.İsmayılova 2007-ci ildən assistent (7 il), 20014-cü il­dən (5 il) baş müəllim, 2019-cu ildən hazırkı vaxta qədər həmin kafedrada dosent vəzifəsində fəaliyyət göstərir. Ş. Y. İsmayılova çoxfənli kafedrada əczaçılıq  fakültəsinin bakalavr və magistr tələbələrə bir neçə fənn üzrə mühazirə və məşğələ dərsləri aparır. Kafedranın elmi-tədqiqat işlərində yaxından iştirak edir. Office və in silico kompyuter proqramlarını bilir və mağistr tələbələrin elmi tədqiqat işlərinin yerinə yetirilməsində onu tətbiq edir TEC-nin xətti ilə rəhbərlik etdiyi tələbələri (Əczaçılıq fakültəsinin) poster və oral çıxışlarla dəfələrlə müxtəlif nominasiyalar üzrə mükafata layiq görülmüşdür. S. Y. İsmayılovanın 60-dan çox elmi işi (8 məqalə, 52 tezis) vardır.

 Dosent Ş.Y. İsmayılova olduqca hazırlıqlı, əməksevər, təşəbbüskar, peşəkar müəllimdir. Öz pedaqoji səviyyəsini mütəmadi olaraq artırır, yenilik elementlərini, müasir proqramları tədris prosesində tətbiq edir. O, bir neçə yerli və xarici konfranslarda məruzələrlə çixiş etmişdir. Üç il kafed­ra­­da qrup həmkarlar komitəsinin üzvü olmuşdur. Hal-hazırda YAP-ın üz­vü­dür. Türk və azərbaycan dillərini bilir.

Akademik fəaliyyət

Dosent / Azərbaycan Tibb Universiteti,  Əczaçılıq toksikologiyası və kimya kafedrası* 2019-cu ildən hazırkı vaxta qədər

Baş müəllim / Azərbaycan Tibb Universiteti,  Əczaçılıq toksikologiyası və kimya kafedrası* 2014-2019-cu illər

Assistent / Azərbaycan Tibb Universiteti,  Əczaçılıq toksikologiyası və kimya kafedrası* 2007-2014-cü illər

Baş-laborant / Azərbaycan Tibb Universiteti, Əczaçılıq toksikologiyası və kimya kafedrası* 2001-2007-ci illər

Laborant / Azərbaycan Tibb Universiteti, Əczaçılıq toksikologiyası və kimya kafedrası* 1997-2001-ci illər

Təhsili

Kimya-texnologiya fakültəsi / Azərbaycan Dövlət Neft və Sənaye Universiteti *1990

Peşə və pedaqoji inkişaf

   Azərbaycan Tibb Universiteti  / Effektiv kurrikulumun hazırlanması / sillabus dizaynı.

 Azərbaycan Tibb Universiteti / Çox seçimli testlərin hazırlanması, tətbiqi və analizi.

  Azərbaycan Tibb Universiteti / Pedaqoji peşəkarlığın inkişafı

  Azərbaycan Tibb Universiteti / Fənn üzrə proqramın yazılması      

 

Elmi araşdırma sahəsi

Kimya, Analitik kimya, Toksikoloji kimya

Məqalə

1. Compleks Formation in a liquid-liquid exstraction sistem containing nikel (II), 2,6-ditiol-4-metylphenol and diphenilquanidine/Journal of Multidisciplinary Engineering Science and Technology (JMEST), Vol. 3 Issue 9, september-2016

https://doi.org/10.5281/zenodo.2560540

2. Spektrophotometrıc determination of vanadium (IV,V) using dithıolphenols and amınophenols/ Indo American Journal Of Pharmaceutical Science 2019,06 (02)  p. 3267-3278   https://www.iajps.com/issue_19february.php 

3. Azərbaycan florasından datura stramonium L. növünün kimyəvi tərkibinin tədqiqi/ Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı. 2022, 22(2); səh. 32-40 https://amu.edu.az/page/3410                     

4. İR spectra of dimolybdenum tetra- μ2- phenylacetate complex and derivatives / Chemical Problems, 2024 no 1 (22),  pace 45-51,  İSSN 2221-8688.  e- İSSN 2522 1655 https://chemprob.org/wp-content/uploads/2024/01/45-51.pdf  

5. Синтез и применение саленатов тяжелых металлов каталитическом окислении углеводородов./ Азерб. ГНА, "Ученые записки", Баку, 1996, №3, с. 135-137.

6. Синтез и аналитические применения макроциклических Шиффовых оснований./ Азерб. Химический журнал, 1999, №4, с. 73-76.

7. Разработка и применение эффективных стационарных жидких фаз в анализе эпихлоргидрина, полученного хлорным методом. Азербайджанс- кое Нефтяное Хозяйство, 1999, №11, с.35-36.

8. Новые аналитические методы для мониторинга окружающей среды/ Азерб. Химический журнал, 2000, №3, с. 82-85.

Magistr

Bağırova Nəzrin Kamal qızı. Mövzu: Afobazol preparatının toksikliyinin tədqiqi.