Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 9 noyabr- Bayraq günü ilə əlaqədar "Bayrağımız - kimliyimiz, mənliyimiz, qürür mənbəyimizdir" adlı təntənəli tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, rayonda fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları, gənclər və KİV nümayəndələri olublar. Qeyd edək ki, tədbirdə həmçinin ATU-nun rektoru, professor Gəray Gəraybəyli də iştirak edib.
Öncə səhnəyə Azərbaycanın Dövlət Bayrağı gətirilib.
Təntənəli mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə bildirilib ki, Azərbaycan bayrağında xalqımızın ötəni, bu günü , gələcəyi öz əksini tapıb. Qeyd olunub ki, bu gün Azərbaycan bayrağının fəxarətlə dalğalanması böyük əziyyətlər hesabına başa gəlib. Tədbirdə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edilib.
Daha sonra azərbaycanlı aktyor Ağalar Bayramov vətənpərvərlik ruhunda şeirlər səsləndirib.
Tədbir bədii hissə ilə davam edib.