

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzinin Tibbi kimya şöbəsinin müdiri, professor Xudayar Həsənovun “Crystal structure and Hirshfeld surface analysis of 10-(3-benzylthiophen-2-yl)-5,5-difluoro-5H-4λ4,5λ4-dipyrrolo[1,2-c:20,10-f][1,3,2]diazaborinine” adlı məqaləsi “Acta Crystallographica Section E: Crystallographic Communications” jurnalında dərc olunub.
Bu jurnal “Web of Science” beynəlxalq indeksləşdirmə bazasında Q3 (quartile) səviyyəsində indekslənir və 0.6 impakt faktora malikdir.
Tədqiqat çərçivəsində C20H15BF2N2S tərkibli birləşmə sintez edilib və molekulyar-kristal quruluşu rentgen quruluş analizi vasitəsilə müəyyənləşdirilib. Aparılan analizlər nəticəsində birləşmənin kristal halında on ikiüzlü həlqə sistemi əsasında kristallaşdığı müəyyənləşdirilib.
Orta müstəvi ilə tiofen və fenil həlqələri arasında yaranan dihedral bucaqların müvafiq olaraq 58,69(4)° və 61,41(4)° olduğu təsdiqlənib.
Bu həlqələrin orta müstəvi həlqə ilə tiofen və fenil həlqələri arasındakı dihedral bucaqların müvafiq olaraq 58,69 (4)° və 61,41 (4)° olduğu sübut olunub. Kristal quruluşda C–H⋯F arasındakı hidrogen rabitəsi və C–H⋯π qarşılıqlı təsirləri hesabına paralel müstəvilərin əmələ gəlməsi sübut edilib.
Əldə olunan nəticələr müvafiq birləşmələrin struktur xüsusiyyətlərinin öyrənilməsi və onların gələcək elmi-tətbiqi istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
